Sabirabad rayonunda məktəbli qız ərə verilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

O bildirib ki, toy Sabirabad rayonunun Qəzli kəndində baş tutub:

“Sabirabad rayonu Qəzli kəndində IX sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”.