Saytımızı qiymətləndirin


 
 

Zelenski: “Ukrayna hər gün 60-100 əsgərini itirir”
Tarix: 01-06-2022 | Saat: 06:33
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna Prezidenti Vladimir Zelenski

 

Ukrayna hər gün 60-100 əsgərini itirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Newsmax” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə hər gün 500-ə yaxın yaralı əsagər olur.

“Ukraynanın Şərqində vəziyyət çox çətindir. Biz hər gün döyüşlərdə 60-100 əsgər itirir və 500-ə yaxın yaralı alırıq”, - deyə o bildirib.

Ukrayna lideri bildirib ki, ölkəsi Rusiya ərazisinə hücum etməyi planlaşdırmır.

Zelenskinin sözlərinə görə, Xarkov vilayətində qüvvələr əks-hücum edir və təzyiq göstərirlər.

Vladmir Zelenski həmçinin bildirib ki, Ukrayna öz ərazilərini vermək niyyətində deyil.

“Biz heç bir ərazimizi verməyəcəyik. Bu bizim müstəqilliyimizdir, suverenliyimizdir. Amma bəzi ərazilərlə bağlı çətinliklər var. Bu çətinlikləri müzakirə etmək olar” , - deyə Ukrayna Prezidenti bilidirib.



Xəbəri paylaş

1200 dəfə oxunub.

Digər xəbərlər