Tarix: 31-05-2022 | Saat: 14:34
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.
Qarabaginfo.az xəbər verir ki, bu gün AKİ-nin idarə heyətinin ümumi iclası keçirilib.
Tədbir mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rüstəm İbrahimbəyovun Azərbaycan kino və ədəbiyyat tarixində yerini yüksək qiymətləndirib.
Ardından ittifaqın sədrliyinə açıq səsvermənin keçirilməsini təklif edib və namizəd kimi Xalq artisti Rasim Balayevi təklif edib. Təklif yekdilliklə qəbul edilib və Rasim Balayev sədr vəzifəsinə seçilib.
İclasda, həmçinin, Cəmil Fərəcov, Həmidə Ömərova və Oleq Səfərəliyev AKİ Rəyasət Heyətinin üzvü seçilib.
Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib.
O, Birinci Fəxri Xiyabanda dəfn olunub.
Digər xəbərlər