Saytımızı qiymətləndirin


 
 

Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var - FOTO
Tarix: 30-05-2022 | Saat: 13:59
Bölmə:Karusel / Region | çapa göndər

Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var - FOTO

Zaqatalada “Niva” markalı minik avtomobili aşıb, xəsarət alanlar var.

Hadisə bu gün səhər saat 10 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini 1980-cı il təvəllüdlü Elmin Eyvaz oğlu Qurbanov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb.

Qəza zamanı xəsarət alan Elmin Qurbanov və onun sərnişinləri Faldar kənd sakinləri 2010-cu il təvəllüdlü Səyyarə Rüstəm qızı Rüstəmova, 1979-cu il təvəllüdlü Fərqanə Abbas qızı Qurbanova, 1972-ci il təvəllüdlü Gülayət Qurban qızı Bayramova və 2001-ci il təvəllüdlü Sənəm Elmin qızı Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Zaqatala RMX-dan bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır. Onların xəsarətləri yüngül qiymətləndirilir. Ambulator müalicə almaq şərti ilə evə buraxılmaq nəzərdə tutulub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var - FOTO

Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var - FOTO



Xəbəri paylaş

200 dəfə oxunub.

Digər xəbərlər