Tarix: 26-05-2022 | Saat: 14:46
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yunanıstanın 1923-cü il Lozanna və 1947-ci il Paris sülh müqavilələri ilə şərti olaraq ona verilmiş adaların statusunu pozması beynəlxalq hüquqa ziddir.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrail səfərlərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Yunanıstan 1960-cı ildən bəri Egey adalarını silahlandırır və bu addımların dayandırılmadığı halda Türkiyə adaların suverenliyinə dair iddia irəli sürəcək.
“Biz çox ciddiyik. Adalar onlara şərti olaraq verilib. Yunanıstan buna əməl etməzsə, bu məsələni daha da irəli aparacağıq.“Türkiyə ekspansionist siyasət aparır, gözü bizim torpaqlardadır” kimi boş sözlərlə məsələdən yayınmaq olmaz. Bu razılaşmanın açıq şəkildə pozulmasıdır. Yunanıstanın atdığı addımlar Türkiyə üçün təhlükə yaratmaq məqsədi daşıyır. “Nə qədər silahlandırsalar da, heç bir əhəmiyyəti yoxdur” deyə bilmərik”,- nazir bildirib.
Digər xəbərlər