Tarix: 26-05-2022 | Saat: 11:01
Bölmə:Karusel / Siyasət | çapa göndər
ABŞ Prezidenti Co Bayden Azərbaycana səfir namizədini açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, Bayden Mark Libbinin ABŞ-ın Bakıdakı səfiri postuna namizədliyini irəli sürüb.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatacaq. Yeni səfirin yay aylarında fəaliyyətə başlayacağı gözlənilir.
Baydenin səfir namizədi Mark Libbi kimdir?
Modern.az-ın məlumatına görə, nazir-müşaviri rütbəsinə sahib olan Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır.
Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir olub.
Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib.
Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub.
Qeyd edək ki, səfir namizədi Massaçusetsdəki Tafts Universitetində və Parisdə Institut des Etudes Politiques-də bakalavr, Amerikada Milli Hərbi Kollecdə magistr təhsili alıb.
Polyak və fransız dillərini mükəmməl bilir.(Modern.az)
Digər xəbərlər