Saytımızı qiymətləndirin


 
 

Milli Məclisdə Qarabağ münaqişəninin həlli ilə bağlı iclaslar keçirilə bilər
Tarix: 24-04-2020 | Saat: 12:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

Səməd Seyidov

“Ermənistanın xarici işlər nazirinin son bəyanatı ilk təxribat deyil. Həmişə Ermənistan əlindən gələni edib ki, status-kvo qalsın”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ermənilər prezidentlərini belə devirib, parlamentlərini güllələyib, insanlığa qarşı bütün cinayətləri ediblər ki, təki işğal olunmuş torpaqları saxlasındar, status-kvo dəyişməsin:

“Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Köçəryan danışıqlarda 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin cinayətkar siyasəti başqa yolla davam etdirir”.

Komitə sədri nəzərə çatdırıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz seçkilər dünyada tanınmayıb: “Azərbaycanın mərhələli həll yolu prinsipi qəbul ediləndən sonra Ermənistan danışıqları pozmağa çalışdı. Biz ATƏT-in Minsk qrupunu bununla bağlı münasitbətini bildirməyə çağırırıq. Azərbaycan güclü dövlətdir. Prezident öz mövqeyini bəyan edib ki, Qarabağ Azərbaycandır, yəni Azərbaycanın ərazi bütövlüyü müzakirə oluna bilməz”.

S. Seyidov Xarci İşlər Nazirliyinin nümayədələrinin dəvət edilərək Dağlıq Qarabağ münaqişəninin həlli ilə bağlı mövzuda parlamentin komitələrində iclasların keçirilməsini də təklif edib.

Spiker Sahibə Qafarova Komitə sədrinin təklifinin nəzərə alınacağını bildirib.



Xəbəri paylaş

1 385 dəfə oxunub.

Digər xəbərlər