Saytımızı qiymətləndirin


 
 

“Ermənistan ərazisində dəhliz məntiqi ilə yol ola bilməz“ - Qriqoryan
Tarix: 24-05-2022 | Saat: 13:16
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənistan ərazisində dəhliz məntiqi ilə yol ola bilməz“ - Qriqoryan

 

Qarabaginfo.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan bildirib.

"Ermənistan ərazisində dəhliz məntiqi ilə yol və ya nəqliyyat marşrutu ola bilməz. Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasına aiddir", - deyə Qriqoryan əlavə edib.

TŞ katibi deyib: "Brüsseldə əldə olunan bütün razılaşmalar Ermənistan nümayəndələrinin keçmişdə açıqladığı bəyanatlara uyğundur. İclasın nəticəsi olaraq, Aİ Şurası sədrinin bəyanatında görmək olar ki, regional kommunikasiyaların açılması kontekstində sazişlər sərhəd, gömrük nəzarəti, rüsumların yığılması, beynəlxalq tranzitə aid olub. Bunlar “Ermənistan kəsişməsi” layihəsinin həyata keçirilməsi ilə bağlı mühüm məsələlərdir və Ermənistan hökuməti bu istiqamətdə ardıcıl addımlar atacaq".



Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər