Saytımızı qiymətləndirin


 
 

Türkdilli ölkələrin nazirləri Şamaxıda toplandı
Tarix: 24-05-2022 | Saat: 12:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

31 Mart Soyqırımının şahidi olan Şamaxı şəhəri - YouTube

Bu gün Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı işə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə təşkilatın Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş Nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev, Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi iştirak edirlər. Türkmənistan mədəniyyət nazirinin müavini Nursahet Şirimov isə tədbirə onlayn qoşulub.

Toplantını giriş sözü ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıb. O, bildirib ki, koronavirus (COVID-19) pandemiyası Azərbaycanın turizm sektoruna mənfi təsir edib, bununla belə, bərpa prosesi başlayıb: "Bu ilin 4 ayında ölkəmizə gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 103% artıb".

Bundan başqa, onun sözlərinə görə, Ermənistan uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni-tarixi abidələri dağıdıb, vandalizmə məruz qoyub.: "Qarabağ işğaldan azad edildikdən sonra burada bərpa işləri başlayıb. Paralel olaraq işğaldan azad edilmiş əraziıərin turizm potensialı araşdırılır. Əminəm ki, Qarabağ tezliklə turistlərin ən çox səfər edəcəyi destinasiya olacaq".

Bugünki toplantı çərçivəsində ötən gün Şamaxıda TDT-nin turizm üzrə İşçi Qrupunun 17-ci iclası keçirilib.

 



Xəbəri paylaş

1320 dəfə oxunub.

Digər xəbərlər
4-06-2022, 17:40 Kuleba Makrona cavab verib