Saytımızı qiymətləndirin


 
 

Brüssel görüşündən hansı nəticələr çıxdı? - “Rusiya paxıllıq edir“
Tarix: 23-05-2022 | Saat: 14:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Brüssel görüşündən hansı nəticələr çıxdı? - “Rusiya paxıllıq edir“

 


“Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşlərinin sırf simvolik xarakter daşıdığına inanmıram”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Ekspertin sözlərinə görə, AŞ İttifaqının vasitəçiliyi ilə artıq 3 görüş keçirilib  və növbətisi də olacaq:

“Həm Azərbaycan, həm Ermənistan rəhbərləri, üstəlik, Avropa İttifaqının heç bir ümidi olmasaydı, görüntü xətrinə bu görüşləri keçirməzdi. Nəticə hasil edən məhz Brüsselin vasitəçiliyi ilə olan görüşlərdir. 

İlk dəfə məhz Brüssel görüşündə Ermənistan konstruktiv davranaraq kompromisə gedib və Zəngəzur dəhlizinin çəkilməsinə razılıq verib. İkinci Brüssel görüşü daha çox konstruktiv olub. Bu görüşdə Ermənistan həm delimitasiya və demarkasiya barəsində Azərbaycanla razılığa gəlib, həm də hər iki ölkənin XİN rəhbərləri yanında sülh komissiyası yaradılıb, onlara sülh planını hazırlamaq tapşırılıb.

Həmin görüşdən əvvəl Azərbaycan 5 şərtini irəli sürüb və Ermənistan rəhbərləyindən xüsusi etiraz gəlməyib. Bu, Nikol Paşinyanın üstüörtülü də olsa da, şərtləri qəbul etməsi mənası verir”.

T. Rzayev əlavə edib:

“Üstəlik, bu görüşdən sonra ilk dəfə Azərbaycan XİN rəhbəri birbaşa Ermənistan XİN-ə zəng edib və artıq ölkələr arasında ikitərəfli münasibətlər yaranır. Bütün bunların sadəcə görüntü adlandırmaq, məncə, doğru təhlil deyil.

Əsas məsələ odur ki, Rusiya Aİ-nin bölgədə güclənmək istəyini böyük qısqanclıqla qarşılayır. Rəsmi Moskva belə bir mesaj çatdırmaq istəyir ki, bu görüşlərin keçirilməsi mənasızdır, Aİ heç vaxt bölgədə söz sahibi və yaxud moderator ola bilməz, Rusiya olmadan heç bir sülh mümkün deyil, bölgədə sülh və əməkdaşlıq sadəcə Rusiyanın əli ilə gerçəkləşə bilər. Amma nəticələr göstərir ki, məhz Aİ-nin bölgədə sülhyaratma missiyası çox daha böyük əhəmiyyət daşıyır. 

Mən Aİ-nin həm Azərbaycana olan potensial iqtisadi əlaqələri baxımından, həm də Ermənistan üzərindəki siyasi-maliyyə təzyiq mexanizmləri baxımından bölgədə sülh və əmin-amanlıq yaradacığına inanıram. İnşallah, yaxın gələcəkdə Aİ-nin bölgədəki sülhyaratma missiyası uğurla başa çatarsa, hər iki ölkə - Azərbaycan və Ermənistan Şərq Tərəfdaşlığı çərçivəsində Avropa ilə daha da sıx münasibətlərə girəcək ki, bu da Cənubi Qafqazda yeni coğrafi dəhlizin yaranmasına səbəb olacaq.

Aİ moderatorluğunun potensialı çox böyükdür və Rusiya paxıllıq çəkir və onu özünə rəqib görür”.



Xəbəri paylaş

398 dəfə oxunub.

Digər xəbərlər