Tarix: 17-05-2022 | Saat: 21:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ukrayna Prezidenti Volodimir Zelenskinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski Tviter səhifəsində yazıb. O bildirib ki, Makronla Ukraynaya müdafiə yardımı, ukraynalı yaraqlıların “Azovstal” zavodunun ərazisindən çıxarılması, Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı imkanları və danışıqlar prosesinin perspektivlərini müzakirə edib.
"Mən Emmanuel Makronla uzun və ətraflı telefon danışığını bitirdim. O, münaqişənin gedişi, "Azovstal"dan qoşunların xilas edilməsi əməliyyatı və danışıqlar prosesinin perspektivlərinə baxış haqqında danışdı. O, Ukraynaya yanacaq tədarükü məsələsinə toxundu. Biz həmçinin Fransadan müdafiə yardımı, altıncı sanksiyalar paketinin hazırlanması və Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının mümkün yollarını müzakirə etdik”, - Zelenski qeyd edib.
O, həmçinin bildirib ki, tərəflər Ukraynanın Aİ-yə namizəd statusu ilə bağlı müraciətini müzakirə ediblər.
Digər xəbərlər