Saytımızı qiymətləndirin


 
 

İsrailin kənd təsərrüfatı naziri: "Qarabağ regionunda əməkdaşlıq üçün yaxşı potensial var"
Tarix: 17-05-2022 | Saat: 11:56
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ağdam uğrunda döyüş — Vikipediya

"Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var".

Qarabaginfo.az xəbər verir ki, bunu İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer mayın 17-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlət başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirib.

İşğal dövründə ermənilərin ərazilərimizdə ekoloji soyqırımı törətdiyini vurğulayan Prezident İlham Əliyev xüsusilə bunun nəticəsində bu yerlərin su mənbələrindən də məhrum olunduğunu, buna görə hazırda həmin ərazilərdə su mənbələrinin bərpası və irriqasiya sistemi ilə bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını qeyd edib.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər