Əfqanıstandakı “Taliban” hökuməti ölkənin ikipalatalı parlamenti olan Milli Şuranı, həmçinin Milli Barışıq, İnsan Hüquqları şuralarını və Konstitusiyanın icrasına nəzarət üzrə Komissiyanı buraxıb.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının lideri Heybətullah Axundzadənin göstərişi ilə Əfqanıstanın de-fakto hökumət başçısı Məhəmməd Həsən Axund qərar imzalayıb.
Adları çəkilən qurumların buraxılması dövlət büdcəsinə qənaətlə əlaqələndirilib.