"İrəvanda nəqliyyatın hərəkəti iflic olub".
Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan öz "Facebook" səhifəsində video paylaşaraq məlumat verib.
“Hazırda 50-dən çox küçə bağlıdır. Bu rəqəm durmadan artır. İrəvanda çox xoş, günəşli və qalib əhval-ruhiyyə hökm sürür. Əziz vətəndaşlar, bayıra çıxın, bacı-qardaşlarınıza qoşulun. Bizim səbəbimiz haqlıdır. Qələbəyə qədər birlikdə”, - deyə Saqatelyan qeyd edib.
Qeyd edək ki, "Müqavimət" hərəkatı Nikol Paşinyanın istefası tələbi ilə səhər tezdən itaətsizlik aksiyalarını bərpa edib. İrəvanın müxtəlif yerlərində küçələri bağlayıblar, Maştots prospektindən hava limanına gedən yol bağlanıb. Polis hərəkəti bərpa etməyə çalışır. Çoxlu saxlanılan var.