NATO Ukraynanın qələbəsindən, Rusiya təslim olmayacağından danışır - "The New York Times"
Tarix: 16-05-2022 | Saat: 15:58
Bölmə:Karusel / Dünya | çapa göndər
11 668 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-05-2022 | Saat: 15:58
Bölmə:Karusel / Dünya | çapa göndər

"Ruslar Kiyevi ələ keçirə bilməyib, Xarkovdan geri çəkilib, Donbasdakı hücumu iflasa uğrayıb"
"Rusiyanın Ukraynaya təslim olması baş verməyəcək"
"Luqansk vilayətinin Beloqorovka yaşayış məntəqəsi yaxınlığında Rusiyanın 500 hərbçisi zərərləşdirilib, 80 vahid texnikası məhv edilib"
Luqansk vilayətindəki Beloqorovka yaşayış məntəqəsi yaxınlığında vəziyyətin inkişafı "darmadağın edilmə" deməkdir və Moskvada, sərt informasiya nəzarətinə rəğmən, "fəlakət hissi" yaradır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Məqalədə iddia edilir ki, Beloqorovka ətrafında gedən döyüşlərdə təxminən 500 rusiyalı həlak olub və ya yaralanıb, ukraynalılar 80 vahiddən çox düşmən texnikasını məhv edib.
Müəllif güman edib ki, əgər itkilər barədə məlumat dəqiqdirsə, o zaman döyüşlərin nəticələrini Rusiyanın hərbi- dəniz donanmasının flaqmanı olan "Moskva" kreyserinin itkisi ilə müqayisə etmək olar.
Mayın 10- da Luqansk vilayəti şəhər administrasiyasının rəhbəri Sergey Qayday Beloqorovka rayonunda Şimali Donetsdən (Şərqi Ukraynada ən iri çay və Don çayının ən iri qolu) keçən ponton keçidlərinin məhv edilməsi barədə bəyan edib.
Sosial şəbəkələrdə Şimali Donets çayı yaxınlığında çoxlu sayda məhv edilmiş texnikanın peyk şəkilləri və fotoları yayılıb.
NATO- nun baş katibi Yens Stoltenberq alyansın iclasında bəyan edib ki, Ukrayna Rusiya ilə müharibədə qalib gələ bilər, bunu AFR nəşri yazıb.
"Rusiyanın Ukraynadakı müharibəsi Moskvanın planlaşdırdığı kimi getmir. Onlar Kiyevi ələ keçirə bilmədilər, Xarkovdan geri çəkilir, Donbasdakı iri hücumu isə baş tutmayıb", - Stoltenberq deyib.
Ekspertlər diqqəti Rusiyanın ABŞ- dakı səfiri Anatoli Antonovun kifayət qədər gözlənilməz və bir çoxları üçün anlaşılmaz bəyanatına çəkib.
Bu bəyanatda "təslim olmaq" sözü səsləndirilib.
"Biz, hər halda burada işləyən rusiyalı diplomatlar, qətiyyətlə, aydın şəkildə və birmənalı olaraq əminik ki, heç bir kapitulyasıya olmayacaq, heç vaxt olmayacaq. Biz möhkəm əminik ki, Ali Baş Komandanın bizim Silahlı Qüvvələrimiz qarşısında qoyduğu vəzifələr tamamilə icra ediləcək", - diplomat bəyan edib.
"Anatoli Antonov ABŞ- ı inandırır ki, Moskvanın Uktaynaya təslim olması baş verməyəcək", - bu sözlərə "Regnum" agentliyi aydınlıq gətirib.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
5-07-2025, 12:58
QMİ: Şamaxı Rəsədxanasının təqviminə əsasən Aşura bu gündür
16-08-2022, 15:55
Baş Prokurorluq: Laçın və Xocalı rayonları ərazisində yanğın törədilməsi ilə bağlı cinayət işi açılıb
5-01-2021, 12:32
2021-ci il Azərbaycanda “Nizami 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub - SƏRƏNCAMİli” elan olunub - SƏRƏNCAM
26-08-2022, 21:56
Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi
19-04-2022, 04:01
Ukrayna rəsmisi: "Müharibənin ikinci fazası başlayıb"
28-10-2021, 18:45
Azərbaycanın Baş naziri Türkiyənin Vitse-prezidentini təbrik edib
12-05-2025, 16:53
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
20-04-2025, 20:50
Tramp ABŞ-ı həmişəkindən “daha böyük və daha dindar" edəcəyinə söz verib
23-01-2023, 19:21
Milli standartlaşdırma sisteminə dair Dövlət Proqramı təsdiq edilib















%20(4):1200.jpg)


