Tarix: 26-11-2017 | Saat: 09:48
Bölmə:Karusel / İdman | çapa göndər
Topaz Premyer Liqasında 13-cü turun “Kəpəz” – “Qəbələ” (1:6) oyunundan sonra qonaq komandanın prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
- Matçdan əvvəl belə asan qələbə gözləyirdizmi?
- Gözləmirdik. İlk oyunu Qəbələdə 0:2 uduzmuşduq. Baxmayaraq ki, “Kəpəz” sonuncu yerdədir, ancaq ciddi yanaşırdıq bu oyuna. Hesabın belə olacağını gözləmirdik. Komanda yaxşı oynadı və nəticə qazandı.
- 13 turdan sonra “Qəbələ” liderlər qrupundadır. Komandanın iki dövrə ərzindəki çıxışını necə qiymətləndirmək olar?
- Ümumi götürdükdə komanda yaxşı çıxış edir. Sadəcə, bəzi oyunlar var idi ki, onlarda xal itirməməliydik. Nəyəsə görə “Qəbələ” zəif komandalarla oyunlarda gözlənilmədən məğlub olur, xal itirir. Ancaq ümumilikdə komandanın nəticələri normaldır.
- Sizcə, komanda bu il “Qarabağ”ın hegemonluğuna son qoya bilərmi?
- Bunun üçün çalışacağıq. “Qarabağ” da çox güclüdür. Çempionlar Liqasının qrupunda da çox gözəl çıxış edir. Buna görə bizim üçün asan olmayacaq. Ancaq çempion olmaq üçün əlimizdən gələni edəcəyik.
- “Qəbələ”nin maliyyə vəziyyəti barədə neqativ informasiyalar dolaşır. İstərdik ki, bu barədə danışasınız...
- “Qəbələ”də heç bir maliyyə problemi yoxdur. Müəyyən vaxtlarda ola bilər ki, hansısa ödəmələrdə gecikmələr baş verir. Ancaq ciddi heç bir problem yoxdur. Bütün oyunçular razıdılar. Hər şey qaydasındadır.
- Qış transfer pəncərəsi ilə bağlı planlar bəllidimi?
- Baş məşqçi yeni futbolçular istəsə, biz onları almağa hazırıq. Təbii ki, büdcəyə uyğun olaraq. Bu da məşqçinin öz qərarıdır və biz onu dəstəkləyəcəyik.
Digər xəbərlər