Saytımızı qiymətləndirin


 
 

Şəxsi ehtiyaclar üçün xaricdən gətiriləcək dərmanların miqdarı müəyyənləşdirilir
Tarix: 13-12-2022 | Saat: 12:06
Bölmə:Karusel / Sosial | çapa göndər

Şəxsi ehtiyaclar üçün xaricdən gətiriləcək dərmanların miqdarı müəyyənləşdirilir

“Azərbaycanda tətbiq olunan qaydalara əsasən, şəxsi ehtiyacların ödənilməsi üçün dərman vasitələrinin gətirilməsinə icazə var. Amma hansı miqdarda gətirilə bilər?”

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

“Əfsuslar olsun ki, bəzi hallarda şəxsi ehtiyacların ödənilməsi norması təmin edilmir. Çünki bəzi dərman növləri var ki, psixotrop və ya narkotik tərkibli olur. Biz başa düşürük ki, insanlar bundan narazı qalırlar. Amma buna diqqət yetirmək lazımdır ki, ölkəyə bütün dərman vasitələri gəlir. Dərmanı idxal edən şirkətlərsə bu zaman gömrük orqanlarına şikayət edirlər ki, apteklərdə və digər satış yerlərində qeydiyyatdan keçməyən dərman haradan olur? Hər bir halda çalışırıq ki, qanunvericilik normalarına riayət edək. Hökumətin tapşırığı ilə Səhiyyə Nazirliyi ilə birgə zəruri ehtiyacların ödənilməsi üçün dərmanların həddini, miqdarını müəyyənləşdirmək üzrə işlərə başlamışıq. Yaxın vaxtlarda layihə hökumətə təqdim olunacaq”, - Şahin Bağırov qeyd edib.



Xəbəri paylaş

1135 dəfə oxunub.

Digər xəbərlər
28-05-2023, 18:48 Ərdoğan çağırış edib