Saytımızı qiymətləndirin


 
 

“Tək Deyilsiniz” layihəsində 1000 ailəyə yardım ediləcək - Fotolar - Fotolar
Tarix: 15-04-2020 | Saat: 13:41
Bölmə:Karusel / Sosial | çapa göndər

 

“Tək Deyilsiniz” layihəsində 1000 ailəyə yardım ediləcək

 

Prezident İlham Əliyevin koronavirusla mübarizə tədbirləri çərçivəsində atdığı addımlar və etdiyi sosial çağırışlar cəmiyyətdə böyük marağa səbəb olub. 

Qarabaginfo.az xəbər verir ki, daim dövlətin başlatdığı sosial çağırışlardan kənarda qalmayan, xeyirxah iş adamı Hüseyn Həsənzadə ilk olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməklə yanaşı, cənub zonasında, əsasən Lənkəranda “Tək Deyilsiniz” sosial yardım layihəsinə başlayıb.  Bu layihə çərçivəsində 1000 ailəyə dəstək veriləcəyi qərara alınıb. 

4 aprel tarixində hazırlıqlarına başlanan “Tək Deyilsiniz” sosial yardım layihəsinin ilk 4 günündə 1000 ehtiyacı olan ailələrin siyahısı müəyyənləşdirilib və əsasən kimsəsiz, ahıl, yaşlı insanlara dəstək veriləcəyi qərarlaşdırılıb. Hazırda “Dəstək Qutularına” qoyulacaq olan ərzaqların hazırlanması və ailələrə çatdırlması üçün üç ayrı qrup şəklində, toplamda 14 nəfərdən ibarət komanda işləməkdədir.

“Tək Deyilsiniz” sosial yardım layihəsi çərçivəsində artıq 969 ailəyə “Dəstək Qutuları” təqdim edilib, layihənin şəffaflığı baxımından çatdırılan yardım qutularının statistikasını izləmək üçün @tekdeyilsiniz instagram səhifəsinə nəzər yetirmək olar. 

Qeyd edək ki Hüseyn Həsənzadənin təşəbbüskarlığı ilə daim bu kimi sosial layihələr həyata keçirilməkdədir, bunlara misal olaraq, 2018 –ci ildə 18 Azərbaycan vətəndaşı olan bakalavr və magistr tələbələrinə Türkiyədə oxumaları üçün illik təqaüdlər verilmiş, hazırda həmin tələbələr təhsillərini davam etdirməkdədirlər.

 






 



Xəbəri paylaş

414 dəfə oxunub.

Digər xəbərlər