Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev: “Rize-Artvin aeroportunun açılışı Türkiyədə gedən çox uğurlu prosesin təzahürüdür”
Tarix: 14-05-2022 | Saat: 16:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev

“Bütün türk qardaşlarımızı səmimi qəlbdən salamlayıram. Azərbaycandan hərarətli salamları ifadə edirəm. İlk növbədə, hörmətli qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gözəl hava limanının açılışı münasibəti ilə sizi ürəkdən təbrik edirəm”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılışındakı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bu hava limanının açılışı Türkiyədə gedən çox uğurlu prosesin təzahürüdür: “Qardaş Türkiyə gündən-günə sürətlə inkişaf edir. Bütün bunların təməlində aparılan siyasətin, əziz qardaşımın böyük əməyi var. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda ölkə daxilində də böyük layihələr həyata keçirməyə qadirdir. Bunlar arasında xüsusi ilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir”.



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər
24-07-2023, 12:46 Sabah yağış yağacaq