Saytımızı qiymətləndirin


 
 

Qazaxıstanda türk PUA-sı istehsal ediləcək
Tarix: 11-05-2022 | Saat: 14:46
Bölmə:Karusel / Region | çapa göndər

2022/05/defau-1652263055.jpg

TUSAŞ aerokosmik şirkəti və "Kazakhstan Engineering" Türkiyənin "Anka" PUA-larının Qazaxıstanda birgə istehsalını qurmağı planlaşdırır.

Qarabaginfo.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, tərəflər müvafiq niyyət protokolu imzalayıblar.

Layihə pilotsuz təyyarələrin yığılması ilə yanaşı, onlara texniki xidmət göstərilməsi və texnologiyanın ötürülməsini nəzərdə tutur.

Qazaxıstan Türkiyə hüdudlarından kənarda “Anka” zərbə və kəşfiyyat təyyarələrini yığan ilk ölkə olacaq.

TUSAŞ-ın baş direktoru Temel Kotil sövdələşmənin həyata keçirilməsinin Türkiyə ilə qardaş Qazaxıstan arasında ticarət və dostluq əlaqələrini daha da gücləndirəcəyini qeyd edib.

Daha əvvəl bildirilib ki, Türkiyə Qazaxıstanla 2021-ci ildə imzaladığı müqavilə çərçivəsində ona üç “Anka” PUA-sı satacaq.(Yenisabah)



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər