Saytımızı qiymətləndirin


 
 

Putinin 9 May nitqi: Onun planı nədir?
Tarix: 10-05-2022 | Saat: 07:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

2022/05/Scree-1652153975.jpg

Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukraynanın şərqində, Donbasda Rusiya qoşunları və könüllülər "Vətən, onun gələcəyi uğrunda vuruşurlar" və o, Qərbi "torpağımızı işğal etməyə" hazırlaşmaqda ittiham edib.

Putin bu sözləri bu gün Moskvanın Qırmızı Meydanında SSRİ-in İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsinin ildönümünə həsr olunmuş və hər il keçirilən paradda çıxışı zamanı deyib.

O, NATO-nu Rusiya üçün "açıq-aşkar təhlükə" adlandırıb və Rusiyanın hərbi əməliyyatının zəruri və "düzgün qərar" olduğunu deyib.Putin həmçinin deyib ki, Rusiya dövləti Ukrayna müharibəsi nəticəsində itki verən ailələrin qayğısına qalmaq üçün "hər şeyi" edəcək.

"Hər bir əsgər və zabitin ölümü bizim üçün ağrılıdır", - o deyib. O, çıxışını Qızıl Meydanda əsgər alqışları, top atəşi və Rusiyanın dövlət himni sədaları altında bitirib.

Rusiya Prezidenti Vladimir Putin onun builki Qələbə Günü münasibətilə nitqi ilə bağlı Qərbdə ayaq alıb yerimiş müxtəlif yozma və proqnozlarla bağlı bəlkə də, bir qədər məmnun ola bilər.

Lakin onun Ukraynadakı bugünkü müharibəni İkinci Dünya Müharibəsində nasizmə qarşı mübarizə ilə bağlayacağı barədə proqnozlara baxmayaraq, Putin gələcək niyyətləri ilə bağlı heç bir tutarlı ipucu verməyib.

Səfərbərlik barədə heç bir söz deyilməyib. Ukrayna üzərində qələbə çalınması bəyan edilmməyib. İtkilər dilə gətirilib, lakin terminologiyada dəyişiklik yoxdur: bu, hələ də müharibə deyil, "xüsusi hərbi əməliyyatdır".

Putin hamını qeyri-müəyyənlikdə saxlamaq istəyir, yoxsa təfərrüatların olmaması Rusiyanın döyüş meydanındakı uğursuzluqlarını əks etdirir? Nailiyyətlər olub. Rusiya əraziləri zəbt edib və Ukraynaya böyük ziyan vurub.

Lakin fevral ayındakı hücumun miqyasını nəzərə alınsa, bu əməliyyat zamanı Moskva əsas məqsədinə çata bilməyib: Ukraynanı məğlub etmək və onun rəhbərliyini devirmək.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər