Saytımızı qiymətləndirin


 
 

Kremldən İrəvandakı iğtişaşlara REAKSİYA
Tarix: 05-05-2022 | Saat: 15:32
Bölmə:Karusel / Gündəm / Region | çapa göndər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandakı siyasi vəziyyətə toxunub.

Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, Peskov İrəvanda baş verən iğtişaşların Ermənistanın daxili işi olduğunu deyib, amma onu da əlavə edib ki, Moskvanın vəziyyətin tez bir zamanda sabiqtyləşməsində maraqlıdır.


O, Ermənistanın Rusiyanın müttəfiqi olduğunu vurğulayıb.

“Ermənistan bizim müttəfiqimiz, çox vacib inteqrasiya formatlarında tərəfdaşımızdır. Ermənistan həm də bizim ən böyük dostumuzdur. Ona görə də biz Ermənistanda sabitliyin bərqərar olunmasında maraqlıyıq ki, bu da Qarabağ üzrə əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsinə tədricən imkan verəcək”, - Peskov bildirib.


Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Ermənistandakı sabitlik də ikitərəfli münasibətlərin inkişafında irəliləməyə imkan verəcək.(modern.az)



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər
23-03-2021, 17:04 ...İynə ilə kitab yazan