Polis İrəvanın müxtəlif küçələrində itaətsizlik aksiyası keçirən vətəndaşları saxlamağa davam edir.
Qarabaginfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
"İrəvanın müxtəlif yerlərindən 49 vətəndaş polis bölmələrinə gətirilib", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, səhər saatlarından etibarən İrəvanda “Müqavimət” hərəkatının iştirakçıları paytaxtın müxtəlif küçələrini bağlayaraq, etiraz aksiyası keçirirlər.