Saytımızı qiymətləndirin


 
 

Bakıda 53 yaşlı qadın evində yanaraq öldü
Tarix: 05-05-2022 | Saat: 13:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Qarabaginfo.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində Bakı şəhərinin Səbail rayonunda yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın və Bakı şəhərinin Xətai rayonunda bağlı qapı arxasında 1941-ci il təvəllüdlü Məmmədova Səmayə Bədrəddin qızının meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər