Saytımızı qiymətləndirin


 
 

Britaniyadan Ukraynaya yeni yardım - 57 milyon dollar
Tarix: 05-05-2022 | Saat: 12:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

2022/05/forei-1651737775.jpg

 

Böyük Britaniya Ukraynadakı münaqişədən zərər çəkmiş ən həssas təbəqəyə 45 milyon funt sterlinq (57 milyon dollar) yardım edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bu vəsait BMT strukturlarına və humanitar təşkilatlara göndəriləcək.

XİN rəhbəri Liz Trass qeyd edib ki, Britaniya yardımı Ukraynada cinsi istismar və istismar riski ilə üzləşən ən həssas təbəqələrə, xüsusən də qadınlara və uşaqlara kömək edəcək.

Hər biri 15 milyon funt-sterlinq (19 milyon dollar) BMT-nin Ukrayna üzrə Humanitar Fonduna və BMT-nin Uşaq Fonduna ianə olunacaq. Daha 10 milyon funt-sterlinq (12,6 milyon dollar) Moldovada qaçqınlara kömək edən humanitar təşkilatlara, 5 milyon funt-sterlinq (6,3 milyon dollar) isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına veriləcək.

Böyük Britaniyanın Ukraynaya humanitar yardım göstərmək, habelə ən çox ukraynalı qaçqınları qəbul edən ölkələrə dəstək göstərmək üçün ayırdığı maliyyə paketinin ümumi məbləği 220 milyon funt sterlinqdir (278 milyon dollar).



Xəbəri paylaş

221 dəfə oxunub.

Digər xəbərlər