Saytımızı qiymətləndirin


 
 

Ukrayna MN: Rusiya Kiyevi ələ keçirmək ideyasından imtina etməyib
Tarix: 10-05-2024 | Saat: 19:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna MN: Rusiya Kiyevi ələ keçirmək ideyasından imtina etməyib

“Rusiya Kiyevi ələ keçirmək ideyasından imtina etməyib”.

Qarabaginfo.az “РБК-Україна”ya istinadən xəbərinə görə, bunu Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.

O bildirib ki, hazırda əsas məsələ Rusiyanın paytaxta hücumunu əngəlləyə biləcək 10 yeni briqadanın formalaşdırılmasıdır:

"Şərqdə vəziyyətin mürəkkəbliyindən asılı olmayaraq, Kiyevin müdafiəsi bizim üçün əsas məsələlərdən biridir. Bu şəhər Ukraynanın ürəyidir. Biz bu paytaxtın müdafiəsinin gələcəkdə hansı rolu oynayacağını da çox yaxşı başa düşürük. Rusiya hücuma keçməzdən əvvəl bu kimi addımlarla müdafiə xəttimizin dayanıqlığını yoxlayır, daha sonra isə bunun üçün əlverişli istiqamət seçir”.

Pavlyuk Rusiya ordusunun Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək cəhdlərini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna kəşfiyyatı Rusiyanın tez bir vaxtda müvəqqəti olsa belə müdafiəni gücləndirəcəyini, paralel olaraq isə Xarkov və Sum vilayətlərinin şimal-şərq rayonlarına doğru hücuma keçəcəyini açıqlayıb.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər