Saytımızı qiymətləndirin


 
 

Lvov, Dnepr və Kiyev bölgəsində partlayışlar eşidilib
Tarix: 03-05-2022 | Saat: 23:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Lvov, Dnepr və Kiyev bölgəsində partlayışlar eşidilib

Ukraynanın Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərində güclü partlayış səsləri eşidilib.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Lvov meri Andrey Sadovoy məlumat verib.

 

O sakinlərə sığınacaqlarda qalmağı məsləhər görüb.

Daha sonra o, şəhərin bir hissəsində elektrik enerjisinin kəsildiyini bildirib.

Lvov vilayəti hərbi idarəsinin rəhbəri Maksim Kozitski də öz növbəsində yazıb:

“İlkin məlumatlara görə, raket zərbələri Lvov vilayətinə endirilib. Sığınacaqlarda qalın!”

Dəqiqləşdirilməmiş məlumatalara görə, beş partlayış baş verib.

Dneprdə, şahidlərin sözlərinə görə, ən azı üç partlayış olub.

Həmçinin sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, Kiyevin sağ sahilində partlayışlar eşidilib.

Bundan əlavə, Ternopol bölgəsində səmada raketlərin uçuşu müşahidə edilib.

Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko isə Vinnitsa üzərində uçan iki raketin vurulduğunu yazıb.



Xəbəri paylaş

1299 dəfə oxunub.

Digər xəbərlər