Bakıda məktəbli intihar edib. 

Qarabaginfo.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 

İlkin məlumata görə, orta məktəbdə oxuyan qız özünü yaşadığı binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.(lent.az)