Saytımızı qiymətləndirin


 
 

Qərb müharibəni dayandırmaq istəyirsə, səmanı bağlamalıdır - Yermak
Tarix: 27-03-2022 | Saat: 15:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əgər Ukraynanın Qərb tərəfdaşları həqiqətən də Rusiyanın ölkəmizdə başlatdığı müharibəni tez bir zamanda dayandırmaq istəyirlərsə, səmanı bağlamalıdırlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna  Prezident Aparatının rəhbəri Andriy Yermak “Fox News” telekanalına müsahibəsində deyib.

O vurğulayıb ki, NATO sərhədləri yaxınlığında yerləşən Lvova raket zərbələri endirilməsi Rusiyanın bu hərbi bloka qarşı açıq-aşkar təxribatıdır.

“Ruslar Ukraynanın bütün ərazisində müharibə aparır. Əgər Qərb tərəfdaşları bəyan etdikləri kimi, həqiqətən də bunu mümkün qədər tez dayandırmaq istəyirlərsə, o zaman səmamızı bağlamalıdırlar. Bu, şəhərlərimizin, mülki infrastrukturun bombalanması ehtimalını istisna edəcək”, – deyə Yermak bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti hazırda döyüş təyyarələri ilə bağlı partnyorlardan cavab gözləyir, lakin hələ də cavab yoxdur.

“Lakin bizim maraqlarımızı narahat edən bəzi məsələlərdə ehtiyatlı nikbinliyimiz var”, – Prezident Aparatının rəhbəri əlavə edib. (konkret.az)



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər