2022-ci ilin ilk 2 ayında xaricdə yaşayan həmvətənlərin könüllü olaraq Rusiya Federasiyasında məskunlaşmasına yardım üzrə Dövlət Proqramının iştirakçısı olan 13 mindən çox əcnəbi Rusiya vətəndaşlığını qəbul edib.
Qarabaginfo.az TASS-a istinadla xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min nəfər çoxdur.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, 13 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs arasında aparıcı mövqeləri Qazaxıstan, Tacikistan və Ermənistan vətəndaşları tutur.(Yenisabah))