Saytımızı qiymətləndirin


 
 

Prezident: “Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir”
Tarix: 29-04-2022 | Saat: 11:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident: “Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir”

Bizim əsas konsentrasiyamız Qarabağın yenidən necə inşa edilməsi, keçmiş məcburi köçkünlərin mümkün qədər necə tez bir zamanda qayıtmasına yönəlib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Eyni zamanda, bizim ictimaiyyətə bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmiş sülh gündəliyimiz və təşəbbüslərimiz regional inkişafa, Cənubi Qafqazda regional inkişaf üçün yeni fürsətlərə hədəflənib. Sadəcə Azərbaycan və Ermənistan arasında deyil - əlbəttə bu regional əməkdaşlığın ən vacib elementlərindən biridir – bütün Cənubi Qafqazın inkişafına yönəlib. Biz bu imkanı separatizmə, Ermənistanın aqressiyasına görə 30 il ərzində itirmişik və Cənubi Qafqaz inteqrasiya edə bilməyib. Bəli, burada ikitərəfli və beynəlxalq səviyyədə vacib olan Azərbaycan və Gürcüstan arasında çox yaxın əməkdaşlıq var. Amma eyni zamanda, Ermənistanda bu başa düşülməlidir ki, onlar bu regionda təcrid edilmiş ada kimi yaşamağa davam edə bilməzlər, onların bizimlə əlaqələri normallaşdırmağa ehtiyacı var, onlar Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidirlər və Cənubi Qafqazda üçtərəfli səviyyədə istənilən əlaqələrlə bağlı heç bir tərəddüd etməməlidirlər”, - dövlət başçısı qeyd edib.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər