Tarix: 28-04-2022 | Saat: 20:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya işğal etdiyi ərazilərdə saxta referendum keçirməyə hazırlaşır və qlobal ictimaiyyət bu qeyri-qanuni referendumun nəticələrini tanınmayacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki Nümayəndəliyinin rəhbəri, səfir Mişel Karpenter deyib.
O bildirib ki, qeyri-qanuni referendum qlobal səviyyədə dəstək almayacaq.
"Rusiya işğal etdiyi ərzilərdəki əhalini Rusiyaya və nəzarətində saxladığı Donbasa sürgün edərək təcrid düşərgələrinə yerləşdirilir.
Bizim etibarlı mənbələrdən aldığımız məlumatlar göstərir ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərində yerli demokratik qaydada seçilmiş hökumət təmsilçiləri, aktivistləri, müstəqil jurnalistləri oğurlayır, onlara işgəncə verir, qətlə yetirir", - Karpenter bildirib.
O deyib ki, Ukraynadakı müharibə azadlıq, suverenlik, beynəlxalq hüquq və prinsiplərin qorunması naminə gedir.
ABŞ diplomatı Moldovada separatçı bölgə olan Dnestryanı bölgədəki vəziyyətə də toxunub: "Biz vəziyyəti yaxından izləyirik, Moldova hökuməti ilə yaxın təmasdayıq".
Digər xəbərlər