Saytımızı qiymətləndirin


 
 

“Diz çökənə qədər bizi sıxacaqlar” - Lukaşenko
Tarix: 28-04-2022 | Saat: 13:37
Bölmə:Karusel / Region | çapa göndər

Belarus müəssisələri Qərb şirkətlərinin ölkədən çıxarılması şəraitində Rusiyanı istənilən avadanlıqla təmin etməyə hazırdır.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Voronej vilayətinin qubernatoru Aleksandr Qusevlə görüşündə bildirib.

 

Lukaşenko vurğulayıb ki, vaxtilə Belarus sənayenin inkişafında öz gücünə arxalanıb və bu işdə uduzmayıb.

 

"Bizdə Rusiyadakı qədər sərt idxalın əvəzlənməsi məsələsi yoxdur. Biz ümid edirdik ki, almanlar yaxşıdır, amerikalılar da, onlarda hər şeyin yaxşısının olduğuna inanırdıq. Deməli, bu bizə üç dəfə baha başa gəlirdi, indi isə ümumiyyətlə idxal əvəzləməsi yoxdur. Bunlar belə partnyorlardır – diz çökənə qədər sıxacaqlar. Ona görə də biz bu gün Rusiya ilə istənilən vaxt istənilən istiqamətdə əməkdaşlığa hazırıq”, - Belarus prezidenti bildirib. (Modern.az)



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər