Saytımızı qiymətləndirin


 
 

Azərbaycan qaz hasilatını ARTIRIR
Tarix: 28-04-2022 | Saat: 11:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın Polşa və Bolqarıstana mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib. Qədim qitə alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da, hələlik və bəlli bir müddət Qazprom Avropada dominatlığını qoruyub saxlamağa çalışır.

 

Bu barədə Qarabaqinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı komitəsininü üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycan mavi qaz hasilatını artırmaqda davam edir.

 

Deputat deyib ki, bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kubmetr təbii qaz hasil edilib:

 

"Qazın 3,5 milyard kubmetri AÇG-dən, 6,4 milyard kubmetri “Şahdəniz”dən, 1,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Həmin dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib. Türkiyəyə 2,2 milyard kubmetr, Avropaya 2,6 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kubmetrdən çox qaz nəql olunub.

Bu o deməkdir ki, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracatı isə 15.3 faiz çoxalıb. Avropaya qaz ixracatı isı 2.4 dəfə artıb. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 3 milyard kubmetr, Avropaya 1,1 milyard kubmetr, Gürcüstana isə 784 milyon kubmetr qaz ixrac edilmişdi".

 

Deputat qeyd edib ki, ötən ilin birinci rübündə ölkəmizdə 10,4 milyard kubmetr qaz hasil edilmişdi:

 

"Qazın 3,4 milyard kubmetri AÇG-dən, 5,1 milyard kubmetri “Şahdəniz” yatağından, 1,9 milyard kubmetri isə SOCAR tərəfindən hasil olunmuşdu.

Rəsmi rəqəmlər göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kubmetrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kubmetr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geo-siyasi mövqeyinin daha gücləndirir



Xəbəri paylaş

1193 dəfə oxunub.

Digər xəbərlər