Saytımızı qiymətləndirin


 
 

Bolqarıstan prezidenti Ukraynaya yardımın əleyhinə çıxdı
Tarix: 27-04-2022 | Saat: 18:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bolqarıstan Prezidenti Rumen Radev Ukraynaya hərbi yardım göstərilməsinin qəti əleyhinə olduğunu bildirib.

Qarabaginfo.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı deyib.

Onun fikrincə, Ukraynaya hərbi yardım göstərilməsi Bolqarıstanın münaqişəyə cəlb olunması demək olacaq. Prezident, həmçinin bir qrup bolqar deputatın Kiyevə səfərini dəstəkləməyib.

Radev bildirib ki, Bolqarıstan “sülhün bərqərar olması və münaqişənin dayandırılması” üçün səy göstərməlidir.

“Ukraynaya hərbi yardımın göstərilməsinə qəti yox deyirəm. Biz görürük ki, sülhə, münaqişənin tezliklə dayandırılmasına çağırışlar getdikcə azalır və onların yerini müharibə ritorikası, qələbə çağırışları alır. Ancaq “qələbə” sözünün nə demək olduğunu başa düşmək lazımdır, əgər bu, özünü məhv etmək və Avropanın iqtisadi cəhətdən məhvi deməkdirsə, o zaman düşünmürəm ki, ölkələrimiz bu istiqamətdə hərəkət etməlidir”, - deyə Bolqarıstan Prezidenti qeyd edib.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər