BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Qarabaginfo.az xəbər verir ki, söhbət zamanı baş katibi Moskvada Rusiya prezidenti Vladimir Putinlə təmasları barədə məlumat verib.
Bundan əvvəl Quterreş Ankarada Ərdoğanla görüşüb. Daha sonra Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb və Rusiya prezidenti tərəfindən qəbul edilib.
Ukraynaya gedərkən o, Polşa prezidenti Anjey Duda ilə görüşüb.
Hazırda Antonio Quterreşin Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və prezident Voladimir Zelenski ilə görüşmək üçün Ukraynaya gedəcəyi gözlənilir.
Səfər aprelin 28-nə planlaşdırılıb.