Tarix: 27-04-2022 | Saat: 16:35
Bölmə:Karusel / Dünya | çapa göndər
Almaniya təbii qaz idxalı ilə bağlı alternativ mənbələr axtarışındadır.
Qarabaginfo.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.
Səfir xatırladıb ki, Azərbaycanın energetika naziri Berlində keçirilən Enerji Forumunda iştirak edərkən almaniyalı həmkarları ilə görüşüb: “İyun ayında Bakıda keçiriləcək Enerji Forumunda Almaniya təmsil olunacaq. Dəqiq deyə bilmərəm ki, bu, nazir, nazir müavini və ya hansı səviyyədə olacaq, lakin Almaniya bu foruma qatılacaq”.
Diplomat SOCAR-la Almaniyanın Uniper qaz şirkəti arasında əməkdaşlığın mövcud olduğunu vurğulayıb: “Aprelin 28-də SOCAR və Uniper arasında görüş keçiriləcək, onlar sənəd imzalayacaq. Almaniyada enerji resursları sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq var. Biz bilirik ki, Cənub Qaz Dəhlizi öz limitinə çatıb və indiki situasiyanı qarşılayacaq qədər qaz nəqli üçün nəzərdə tutulmayıb”.
Digər xəbərlər