Tarix: 26-04-2022 | Saat: 22:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
BMT-nin baş katibi Antonio Quterreş humanitar dəhlizlərin fəaliyyətini təmin etmək üçün birgə qrup yaratmağı təklif edib.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Quterreş bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
Baş katib bildirib ki, Ukraynadakı əsas vəzifə humanitar vəziyyəti yaxşılaşdırmaqdır.
“Biz BMT, Rusiya və Ukraynanın vəziyyəti birgə müzakirə edə bildiyi humanitar əlaqə qrupunun yaradılmasını təklif edirik ki, bu dəhlizlər həqiqətən effektiv olsun”, - Quterreş vurğulayıb.
Quterreşin sözlərinə görə, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldan dinc əhalinin təxliyəsi üçün Rusiya və Ukrayna hərbçiləri ilə işləməyə hazırdır.
Baş katib bəyan edib ki, Ukraynanın ərazi bütövlüyünün pozulması BMT Nizamnaməsinə uyğun gəlmir.
"Baş verənlərdən dərin narahatıq. Biz Ukrayna ərazisinə təcavüzün olduğuna inanırıq", - Quterreş əlavə edib.
Digər xəbərlər