Saytımızı qiymətləndirin


 
 

Avropa Şurası və Avropa İttifaqı strateji tərəfdaşlığı gücləndirəcək
Tarix: 26-04-2022 | Saat: 14:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

Avropa Şurası və Avropa İttifaqı strateji tərəfdaşlığı gücləndirəcək

AŞPA-da Avropa Şurası (AŞ) ilə Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığın gücləndirilməsi barəsində qətnamə qəbul edilib.

Qarabaginfo.az xəbər verir ki, qətnamədə bildirilib ki, 2022-ci ildə Rusiya Federasiyasının Ukraynaya hücumu və bunun nəticəsində Rusiya Federasiyasının Avropa Şurasından çıxarılması Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıqda yeni perspektiv yaradıb.

“Avropanın yaşadığı epoxal dəyişikliklər işığında Assambleya Avropa Şurası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində onların ümumi dəyərləri və dünyada sülh, təhlükəsizlik və sabitliyin təşviqinə təkan verməyə çağırır”, - qətnamədə vurğulanır.

Qətnamədə qeyd edilib ki, 2009-cu ildə Lissabon Müqaviləsinin qüvvəyə minməsi ilə Avropa İttifaqının Avropaya inteqrasiyanın yeni mərhələsinə qədəm qoyulub, demokratiya, qanunun aliliyinə və insan hüquqlarına hörmət Aİ siyasətlərinin ön sırasında yer alıb. Bildirilib ki, bu məsələlər Avropa Şurasının əsasını təşkil edir və bu da iki təşkilat arasında əməkdaşlıq üçün daha geniş imkanlar yaradır.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər