Tarix: 10-02-2022 | Saat: 18:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Səhiyyə naziri Teymur Musayev TƏBİB, Səhiyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin arasında səlahiyyət bölgüsü ilə bağlı vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb.
O qeyd edib ki, Səhiyyə Nazirliyi dövlətin səhiyyə siyasətinin həyata keçirilməsində mərkəzi icra hakimiyyəti orqanıdır: “Bu baxımdan nazirliyin nəzdində Səhiyyənin Transformasiyası Ofisinin yaradılmasının vacibliyini düşünürük. Qeyd etdiyimiz səhiyyə sisteminin bütün strukturları - İcbari Tibbi Sığorta, onun tabeliyindəki TƏBİB, ƏƏSMN və onların nəzdindəki qurumlar öz təmsilçilərini göndərərək bu ofisdə koordinasiya olunmuş şəkildə səhiyyə sektorunda fəaliyyət göstərəcəklər.
Səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı çıxışımda qeyd etdim ki, normativ hüquqi bazanın günün tələbinə uyğun təkmilləşdirilməsinə ehtiyac var. Hazırda bu proses gedir. Hər bir qurumun əsasnaməsi çərçivəsində fəaliyyəti təmin edilməlidir. Bu baxımdan bu qurumlar arasında heç bir ziddiyyət yoxdur”.
Nazir əlavə edib ki, bütün qurumlar əl-ələ verib vətəndaşların sağlamlığı üçün nə lazımdırsa, onu etməlidir.
Digər xəbərlər