Saytımızı qiymətləndirin


 
 

Ermənistan “Zəngəzur dəhlizi” ilə bağlı öhdəliyə əməl etmir
Tarix: 26-04-2022 | Saat: 12:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Zəngəzur dəhlizi”ndən keçəcək dəmir yolunun Azərbaycan ərazisinə düşən 60 km-lik hissəsi tikilib.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edərkən deyib. 

Dövlət başçısı dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirib:
 

“Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib”.


İlham Əliyev Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyətinin və ilk növbədə, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirə ediləcəyinə əminliyini ifadə edib.



Xəbəri paylaş

1429 dəfə oxunub.

Digər xəbərlər