Tarix: 26-04-2022 | Saat: 10:30
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Fransa Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləyir”.
Bu barədə Qarabaqinfo.az -a açıqlamasında Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Jerom Lambert bildirib.
“İki ölkə arasında əlaqələrin normallaşması sevindirici haldır Bu, bizi sevindirir. Azərbaycan və Ermənistan arasında sülh sazişi müzakirə olunarsa, Fransa onu dəstəkləyəcək”,- deputat deyib.
Qeyd edək ki, ötən gün Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Bütün xoşməramlı insanlar Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməlidir” adlı məqaləsində iki ölkə arasında əlaqələrin normallaşmasını dəstəklədiyini bildirib.
Səfir vurğulayıb ki, yaxın zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ehtimal var: “Məsələ hər iki ölkənin liderləri tərəfindən müzakirə edilib, bununla bağlı razılığa gəlinib. Fransa prosesi dəstəkləyir. Amma iki ölkə arasında əlaqələrin normallaşması üçün maneələr olacaq. Rəsmi Bakı kommunikasiyaların bərpa olunması, sərhədlərin delimitasiyası, ərazi bütövlüyü və suverenlik prinsiplərinin tanınması kimi konkret məsələlərdə irəliləyiş görmək istəyir. Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar göstərdiyi cəsarətli səyləri tam dəstəkləyir”.
Xatırladaq ki, son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması istiqamətində danışıqlar aparılır. Aprelin 7-də Brüsseldə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü keçirilib.
Digər xəbərlər