Tarix: 24-04-2022 | Saat: 00:23
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsini NATO-ya qəbul etməmək Qərbin böyük səhvi olub.
Qarabaginfo.az xəbər verir ki, o bu barədə Kiyevdə metro stansiyasında mətbuat konfransı zamanı bildirib.
“İnanıram ki, Ukraynanı NATO-ya qəbul etməmək böyük səhv idi. Aydındır ki, bu Alyansı gücləndirə və Rusiyanın müharibəyə başlamayacağına zəmanət verə bilərdi. Bu strateji səhv sayılır”,- deyə Zelenski bildirib.
Ukraynalı liderin sözlərinə görə, müharibə başlayanda ölkəsinin üç gündən çox tab gətirə bilməyəcəyi ilə bağlı fikirlər səsləndirilib:
“Bəzi böyük dövlətlər sanksiyalar tətbiq etmək istəmirdilər və deyirdilər ki, üç gündən sonra işğal olunacaqsa, niyə tətbiq edək. Bu, səhvdir. Biz öz birliyimizlə Rusiyanın bizə göstərdiyi gücə münasibəti dəyişə bildik”.
Digər xəbərlər