Saytımızı qiymətləndirin


 
 

Akar: “Ukraynada baş verənlər qəbuledilməzdir”
Tarix: 06-03-2022 | Saat: 17:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hulusi Akar, Türkiyə milli müdafiə naziri

“Biz Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və hüquqlarına hörmət etdiyimizi demişik və bunu deməyə davam edirik”.

Qarabaginfo.az-ın yerlü bürosunun xəbərinə görə, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, bölgədə sülh və sabitliyin tezliklə bərqərar olması üçün lazım olan addımlar atılır: “Atatürkün dediyi kimi, “Yurtda sülh, dünyada sülh” deyirik. Biz sülh istəyirik. Problemlərin dialoq və mehriban qonşuluq münasibətləri çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq. Bunun üçün çalışırıq. Bu çərçivədə Ukraynada baş verənləri kədər və narahatlıqla izləyirik. Burada yaranmış humanitar böhran, baş verən ölüm halları həqiqətən qəbuledilməzdir”.

Nazir ölkəsinin həm Rusiya, həm də Ukrayna ilə münasibətlərinin olduğunu xatırladıb:

“Biz Türkiyə Cümhuriyyəti olaraq bu əlaqələri davam etdirərək atəşkəsin, sabitliyin, sülhün və əmin-amanlığın ən qısa zamanda bərqərar olması və həlli üçün prezidentimiz başda olmaqla, bütün səviyyələrdə gecə-gündüz bütün təmaslarımızı davam etdiririk”.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər