Rusiyanın Orenburq vilayətində dağ-mədən kombinatında partlayış baş verib.
Qarabaginfo.az-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub.
Qeyd olunur ki, hadisə yerin 1,2 kilometr dərinliyində partlayıcı maddənin plandan kənar partlaması nəticəsində qeydə alınıb.
Partlayışdan sonra kombinatda qalan 88 işçi təxliyə edilib.
Hadisə ilə bağlı Orenburq vilayət prokurorluğu cinayət işi başladıb.