Saytımızı qiymətləndirin


 
 

DSX-nin gənc əsgərləri and içdi
Tarix: 22-04-2022 | Saat: 17:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Aprel ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissə­sində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-dən Qarabaginfo.az-a bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyə­ti sırasına daxil olmalarının sərhəd mühafizəsi tarixinin şanlı döv­rünə təsa­düf etdi­yini vurğulayıb, Azərbaycan Respubli­kasının Prezi­denti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəh­bə­rliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüş­müş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunul­mazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildir­iblər.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik ifadə olunaraq onlara müvəffəqiy­yətlər arzulan­ıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

 



Xəbəri paylaş

259 dəfə oxunub.

Digər xəbərlər