Tarix: 21-04-2022 | Saat: 12:18
Bölmə:Karusel / İdman | çapa göndər
UEFA-ya üzv olan ölkələrin milli çempionatlarının yüksək liqasında keçirdiyi ev oyunlarında ən etibarlı müdafiəyə malik komandalar açıqlanıb.
Öz meydanında ən azı 5 matça çıxan elita klubları arasında “Qarabağ” da fərqlənib.
Azərbaycan Premyer Liqasının lideri 10 görüşdə cəmi 3 top buraxıb. Qurban Qurbanovun yetirmələrinin evdəki orta göstəricisi 0,3-dür.
Avropada yalnız 4 komanda daha yaxşı nəticəyə malikdir. Hazırda rekordçu “Jalgiris”dir. Litva çempionatı yaz-payız sistemi ilə təşkil olunduğundan cəmi 5 matça çıxan komanda hələ qol buraxmayıb.
Daha üç klub “Qarabağ”ı qabaqlayır. Bunlar “Seltik”, “Srvena Zvezda” və “Slaviya”dır.
1. “Jalgiris” (Litva) – 0 (0/5)
2-3. “Seltik” (Şotlandiya) – 0,25 (4/16)
“Srvena Zvezda” (Serbiya) – 0,25 (4/16)
4. “Slaviya” (Çexiya) – 0,27 (4/15)
5. “Qarabağ” (Azərbaycan) – 0,30 (3/10)
Digər xəbərlər