Saytımızı qiymətləndirin


 
 

DSX Füzulidə 8 kq narkotik aşkarladı
Tarix: 19-04-2022 | Saat: 13:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Füzulidə sərhədçilər 8 kq-dan artıq narkotik aşkarlayıb.

Bu barədə Qarabaginfo.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 18-də saat 12:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin rayonun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.

Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kiloqram 500 qram marixuana, 1 kiloqram heroin) bənzər maddələrvəpsixotrop tərkibli 780 ədəd metadon - 40 dərman preparatı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 



Xəbəri paylaş

250 dəfə oxunub.

Digər xəbərlər