Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda bunlar qadağan edilir - Siyahı
Tarix: 21-03-2020 | Saat: 16:42
Bölmə:Karusel / Sosial | çapa göndər

Gürcüstanda fövqəladə vəziyyət zamanı tətbiq ediləcək məhdudiyyətlərin siyahısı açıqlanıb.

"Qarabaginfo" xəbər verir ki, fövqəladə hal zamanı ölkənin bütün sərhədlərindən yüklərdən başqa nəyinsə keçirilməsi qadağan ediləcək.

Bundan başqa 10 nəfərdən artıq şəxsin bir yerə toplanması (həmçinin mağazalarda toplanması) qadağan edilir, ictimai xidmətlər yeni iş rejiminə keçir, hökumət mülkiyyət hüququnu məhdudlaşdırmaq haqqı əldə edir, özəl şəxslərin əmlakından tibbi məqsədlər və ya karantin üçün istifadə haqqına sahiblənir, ehtiyac yaranacağı təqdirdə hökumət tibbi məhsullar və xidmətlərin qiymətlərini tənzimləyir.

Yeni qərara əsasən, ölkədə məhkəmə iclasları məsafədə həyata keçiriləcək. Qeyd edək ki, hökumətin hazırladığı bu tədbirlərin qüvvəyə minməsi üçün Prezidentin təsdiq etməsi lazımdır. Axar.az

 



Xəbəri paylaş

441 dəfə oxunub.

Digər xəbərlər