"Biz Putinin dəhşət doğuran yalanlarını ifşa etməliyik"
Tarix: 15-04-2022 | Saat: 17:11
Bölmə:Karusel / Region | çapa göndər
1311 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-04-2022 | Saat: 17:11
Bölmə:Karusel / Region | çapa göndər

"Bu, bizim "Sülh" namizədimizin Putinin "Savaş" namizədinə qarşı seçki kampaniyasına bənzəməli və sülh qalib gəlməlidir"
Navalnı "Kremlin hərbi cinayətkarı"na qarşı müharibədə "ikinci cəbhə"ni açmağa çağırış edib
Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı "Kremlin hərbi cinayətkarı"na qarşı müharibədə "ikinci cəbhə'"ni- informasiya cəbhəsini açmağa çağırış edib. O, "Putinin dəhşətli yalanı"na qarşı "müharibə əleyhinə milli kampaniya"nı genişləndirməyi təklif edib.
Bu barədə Navalnı özünün "Twitter" səhifəsində yazıb.
Siyasətçi xatırladıb ki, ay yarım ərzində Rusiyada "bütün müstəqil KİV- lər, o cümlədən kifayət qədər ehtiyatlı olan media bağlanıb və bloklanıb". Amma, onun sözlərinə görə, "müharibənin əsas təbliğatçısı" televiziya deyil, "Yandeks. Xəbərlər" servisidir.
"Fakt bundan ibarətdir ki, Rusiya Federasiyasının əksəriyyət vətəndaşları Ukraynada baş verənlərdən təhrif edilmiş təsəvvürə malikdir. Onlar üçün Putin kiçik və az qanla uğurlu müharibə aparır. Bizim hərbçilər qəhrəmanlardır və onların arasında az qala itkilər yoxdur", - Navalnı belə oyazıb.
Və "bu təbliğata inananların çoxu üçün" mənzərəni dəyişmək məqsədilə reklam lazımdır.
"Çoxsaylı reklama ehtiyac var. Müharibə əleyhinə kampaniya nəhəng milli reklam kampaniyasından başlamalıdır. Hər bir rusiyalı istifadəçisinə iki dəfə çıxış əldə etmək üçün hər gün 200 milyon materiallar- tarixçələr, postlar və reklam videoçarxlar lazımdır. Bunları bütün Rusiya boyu şəhərlərdə və kəndlərdə etmək lazımdır. Hər bir planşetdə, hər bir telefonda etmək lazımdır", - siyasətçi belə hesab edir.
Navalnı ABŞ prezidenti Co Baydenə, Böyük Britaniyanın baş naziri Boris Consona və Avropanın digər siyasətçilərinə, həmçinin "Facebook"- un təsisçisi Mark Tsukerberqə və "Google"- un rəhbəri Sundar Piçaiyə "sosial şəbəkələrin reklam imkanlarından istifadə edərək, Putin təbliğatını darmadağın etmək məsələsini təcili surətdə həll etməyə çağırış edib.
Müxalifətçi dürüst və qərəzsiz rusdilli KİV- lərə on- line reklam sayəsində auditoriyanı genişləndirməyi təklif edib:
"Hər gün 200 milyon material nümayiş etdirmək lazımdır. Ordunun gerçək dəhşətli itkiləri, yaxtalar və əsgərləri "top yemi" edənlər, dinc insanların qətliamı, Ukraynanın bizə düşmən olmadığı, qiymətlərin artması, yoxsulluq, sanksiyalar barədə. Putinin və onun təbliğatçlarının dəhşətli yalanı barədə. Bizə bu müharibənin lazım olmadığının və onun tezliklə dayandırımasının zəruriliyi barədə. Gerçək seçkilərdə olduğu kimi. Bu, misli görünməmiş nəhəng milli reklam kampaniyası olmalıdır. Bizim "Sülh" namizədimiz Putinin "Müharibə" namizədinə qarşı olmalıdır və sülh qalib gəlməlidir. Biz başqa şey təsəvvür edə bilmərik".(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
1-10-2020, 10:57
Azərbaycan nefti yenidən bahalaşıb
28-12-2021, 18:34
BDU əməkdaşlarının maaşları artırılacaq
21-03-2022, 09:40
Ukrayna ordusu erməni hərbçiləri məhv edib
29-04-2023, 12:01
Mirzoyan ABŞ-a GEDİR
1-02-2021, 17:45
Hulusi Akar Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edən generala tapşırıqlarını verib
16-08-2022, 10:59
Laçındakı hay dükan sahibi öz biznesini alternativ yoldakı kəndlərə köçürmək istəyir…
18-07-2022, 16:19
Azərbaycan və Ermənistan arasında demarkasiya komissiyalarının iclası avqustda keçiriləcək
9-08-2023, 14:37
Papikyan Fransa səfiri ilə hərbi əməkdaşlığı müzakirə etdi
2-02-2021, 00:56
Daha bir həkim koronavirusdan ölüb
















